Rusiya günahı təyyarə komandirinin üzərinə atdı - "Özü istədi..."
“Rosaviasiya” AZAL-ın təyyarəsinin Aktauda endirilməsi ilə bağlı qərarı kimin verdiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RİA “Novosti”yə açıqlamasında “Rosaviasiya”nın başçısı Dmiri Yadrov deyib.
Onun sözlərinə görə, AZAL reysinin Aktauya yönləndirilməsi qərarını təyyarənin komandiri verib.
"Qroznıda eniş cəhdindən sonra Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarəsinin komandirinə başqa hava limanları təklif olunub. Lakin o, Aktauya uşmaq qərarına gəlib”, - deyə o, iddia edib.
Yadrovun sözlərinə görə, AZAL-ın təyyarəsi hava şəraiti (500 metr yüksəklikdə görmə qabiliyyətinin pisləşməsinə səbəb olan duman) və “Ukraynanın terror hücumları” səbəbindən tətbiq edilən “Xalça” planı səbəbindən Qroznıya enə bilməyib.
Təyyarəni endirmək üçün iki cəhddən sonra pilot komandir ona başqa variantlar təklif edilsə də, Qazaxıstana uçmaq qərarına gəlib.
“Birgə araşdırılmalı olan bir çox müxtəlif hallar var. Biz həmkarlarımızla birgə bu işə tam hazırıq”, - deyə Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri əlavə edib.
Yadrov AZAL-ın təyyarəsinin hara eniş təklif edildiyini açıqlamayıb.
Xatirə SADİQ