Tramp onu Rusiyaya işləməkdə ittiham edənləri hədələdi

ABŞ Prezidenti Donald Tramp onu Rusiyaya işləməkdə ittiham edənlərin həbsinə icazə verib.

Aug 31, 2025 - 02:07
Tramp onu Rusiyaya işləməkdə ittiham edənləri hədələdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, "Daily Caller"ə müsahibəsində bildirib:

"Bilmirəm həbslər olacaq, ya yox, amma olmalıdır. Onların etdikləri biabırçılıqdır. Aldadıblar, yalan danışıblar, ölkəyə çox pis ziyan vurublar".

Tramp əlavə edib ki, MKİ və FTB-nin keçmiş rəhbərlərinin həbsi onu narahat etməyəcək.

ABŞ prezidenti vurğulayıb ki, onun Rusiya ilə əlaqələri haqqında nəzəriyyəni təbliğ edən demokratların hərəkətləri vətənə xəyanət kimi qiymətləndirilə bilər.

teleqraf