Qaqauz rəhbəri həbsdən xalqa müraciət etdi
Yevgeniya Qutsul həbs olunduqdan sonra Qaqauziya xalqına müraciət edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, xalqı Moldova Respublikasının sərhədləri daxilində muxtariyyət statusunu qorumaq üçün ruhdan düşməməyə və təslim olmamağa çağırıb.
"Rejim Qaqauz rəhbərinin ruhunu sındırmağa müvəffəq olmayıb və buna müvəffəq olmayacaq. Yevgeniya Qutsul dəstəyə görə hər kəsə minnətdardır, o, Qaqauz xalqına təslim olmamağa, bu baş verərsə, muxtariyyətlərini itirəcəklərini çatdırmağı xahiş edib", - deputat Vadim Fotesku deyib.
Bundan əvvəl Qutsul seçki pozuntuları və sənədlərin saxtalaşdırılması işi ilə bağlı saxlanılıb. Qutsul tərəfdarları əmin edirlər ki, onun tərəfində heç bir qanun pozuntusu olmayıb. Moldova hakimiyyət orqanları axtarışlar və həbslər aparır.
Moldova hüquq-mühafizə orqanları Qutsulun Kişinyov hava limanında saxlanmasının 2023-cü ildə açılmış cinayət işi üzrə yeni faktlarla bağlı olduğunu bildiriblər. Siyasətçi hazırda ləğv edilmiş Şor partiyasını qanunsuz maliyyələşdirməkdə ittiham olunur. Onun pasportu götürülüb və o, “əlavə axtarışa” məruz qalıb.
Qaqauz muxtariyyətinin başçısı İstanbula ezamiyyətə getməyi planlaşdırırdı.
Oğuz