Zelenski Vaşinqtona onlarla birlikdə gedəcək – “Daily Mail”
Fransa prezidenti Emmanuel Makron və Britaniya baş naziri Kir Starmer Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə Vaşinqtona getmək niyyətindədir.
SAVASHMEDİA.az bu barədə “Daily Mail” nəşrinə istinadən xəbər verir.
Nəşr iddia edir ki, Fransa və Ukrayna prezidentləri Britaniyanın baş naziri ilə gələn həftə ABŞ-a getməyə hazırdırlar. Onlar birlikdə Ukraynadakı müharibənin həll planını Trampa təqdim etmək istəyirlər.
Xatirə SADİQ