“Putinin anladığı yalnız gücdür” - Finlandiya prezidenti

Finlandiya prezidenti Aleksandr Stubb amerikalı həmkarı Donald Trampa Kremlin başçısı Vladimir Putin haqqında nə dediyini açıqlayıb.

Aug 25, 2025 - 12:26
“Putinin anladığı yalnız gücdür” - Finlandiya prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, Aleksandr Stubb bunu Fox News telekanalının efirində deyib. 

“Əlbəttə ki, əgər Rusiya bazar ertəsi (18 avqust) prezident Trampla razılaşdığını yerinə yetirməsə, yəni əvvəlcə Putinlə Zelenski arasında ikitərəfli görüş, sonra isə Putin, Zelenski və Tramp arasında üçtərəfli görüş keçirməlidir, əminəm ki, Tramp bu və ya digər şəkildə reaksiya verəcək. Mən həmişə prezidentə (Tramp) xatırladıram ki, prezident Putinin başa düşdüyü tək şey gücdür və onun dinlədiyi yeganə şəxs Trampdır, qorxduğu da Trampdır”, - deyə Stubb vurğulayıb.

Xatirə SADİQ