Cavan Zeynallı vəsiyyətini etdi, övladına heç nə vermir - "Evim dövlətə qalsın"

Xalq artisti Cavan Zeynallı qonaq olduğu "Bir gün" verilişində vəsiyyətini açıqlayıb.

Dec 9, 2025 - 22:51
Cavan Zeynallı vəsiyyətini etdi, övladına heç nə vermir - "Evim dövlətə qalsın"

SAVASHMEDİA.az xəbər verir ki, ifaçı varisinin olmadığını bəyan edib.

Ölümdən qorxmadığını deyən Cavan Zeynallı mirasının kimə qalacağına aydınlıq gətirib: 

"Heç özüm də bilmirəm ki, mirasımın taleyi necə olacaq. Çünki hələ yaşayıram. Evim dövlətə qalacaq. Mən bu dünyadan rahat, gülə-gülə gedəcəyəm. Ölümdən qorxmuram".

Qeyd edək ki, Cavan Zeynallı 2 dəfə ailə həyatı qurub. İlk dəfə Moskvada evlənən sənətkarın 1981-ci il təvəllüdlü Nataşa adlı bir qızı var. Musiqiçi ikinci dəfə 1996-cı ildə Röya xanımla ailə həyatı qursa da, bu evlilikdən övladı olmayıb.

İfaçı son açıqlamasında yeganə qızı Nataşadan imtina etdiyini bildirmişdi.

Aytən