Zelenski Meloni ilə görüşdə Trampa cavab verdi - "Hazıram"
Ukrayna Prezidenti Volodimir Zelenski seçkilərə hazır olduğunu açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, İtaliyanın Baş naziri Corcio Meloni ilə görüşündə bildirib.
Zelenski italyan jurnalistlərin sualına cavab olaraq “mən həmişə seçkilərə hazıram” deyib.
Daha öncə ABŞ Prezidenti Donald Tramp "Politico"ya müsahibəsində Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatdığını deyib.
Zelenski növbəti dəfə Ukrayna prezidentliyinə namizəd olmaq niyyətindədir. Onun Ukrayna prezidenti kimi səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. Elan edilən hərbi vəziyyətə görə yeni lider üçün seçkilər keçirilməyib.
Oğuz