Kreml Avropa Məhkəməsinin qərarını “əhəmiyyətsiz” adlandırdı
Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını, o cümlədən “Malayziya Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması və Ukraynadakı vəziyyətlə bağlı qərarlarını çox əhəmiyyətsiz hesab edir.
SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya həmin qərarları həyata keçirmək niyyətində deyil. “Yerinə yetirmək niyyəti yoxdur. Onları əhəmiyyətsiz hesab edirik”, - deyə Peskov vurğulayıb.
Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 9-da Ukrayna və Niderlandın Rusiya Federasiyasına qarşı çoxsaylı insan hüquqları pozuntuları və MH17 reysinin vurulması ilə bağlı şikayətlərini birləşdirən dövlətlərarası işdə Rusiyanı təqsirli bilib.
Xatirə SADIQ