"Ey mərhəmətli Tramp..." - Medvedev ondan nə xahiş etdi?

Kiyev 2024-cü il seçki kampaniyası zamanı ABŞ prezidenti Donald Trampa sui-qəsd cəhdində iştirak edib.

Apr 9, 2025 - 13:31
"Ey mərhəmətli Tramp..." - Medvedev ondan nə xahiş etdi?

Bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram”da bildirib.

Siyasətçi Trampa sui-qəsd cəhdində ittiham olunan Rayan Uesli Routun Ukraynada qumbaraatan və ya daşınan zenit-raket kompleksi almağa cəhd etməsi ilə bağlı xəbərlərə belə cavab verib.

Medvedev ABŞ-ın Ukraynaya çəkdiyi bütün xərclərə baxmayaraq, hücumçunun Trampı məhv etmək üçün məhz bu ölkədə silah almaq istəməsini biabırçılıq adlandırıb.

"Ey mərhəmətli Tramp, sui-qəsdin real müştərilərini cəzalandırmağın vaxtı deyilmi?", - Təhlükəsizlik Şurasının sədr müavini yazıb.

Onlar dedikdə, Medvedev, yəqin ki, Vladimir Zelenski və onun komandasını nəzərdə tutur. (publika)