“Trampa qarşı mübarizənin vaxtı çatdı” – keçmiş səfir

ABŞ-nin Ukraynadakı keçmiş səfiri Bricit Brink president Donald Trampa qarşı mübarizəyə başladığını açıqlayıb. 

Jun 19, 2025 - 13:35
“Trampa qarşı mübarizənin vaxtı çatdı” – keçmiş səfir

SAVASHMEDİA.az xəbər verir ki, amerikalı diplomat bu barədə “X” səhifəsində məlumat paylaşıb.

Xanım Brink qeyd edib ki, ABŞ Konqresinə namizədliyini irəli sürmək niyyətindədir. 

“Mən ömrümü demokratiyanın müdafiəsinə və azadlıq uğrunda mübarizəyə həsr etmişəm. Ona görə də biz Putinə qarşı çıxış etdik və ona görə də Trampa qarşı çıxış etdim. Mənim növbəti missiyam: bunun üçün burada, evdə mübarizə aparmaq. Mən namizədliyimi irəli sürürəm, çünki Miçiqan ailələrini birinci yerə qoymağın və mübarizə aparmağın vaxtı gəlib çatıb”, - deyə amerikalı diplomat vurğulayıb.

Qeyd edək ki, keçmiş səfir həmin məlumatla yanaşı Rusiya prezidenti Putinin Ukrayna törətdiyi müharibə cinayətlərini, ukraynalıların məruz qaldıqları əzab-əziyyəti və səfir kimi öz fəaliyyətini əks etdirən video paylaşıb. 
 
Xatirə SADİQ