“Prezident özündə deyil” – amerikalı konqresmen

Amerikalı jurnalistlər dünən Kapitoliyada ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson və demokrat konqresvumen Madlen Din arasında baş vermiş qısa dialoqa diqqəti cəlb ediblər.  

Oct 2, 2025 - 13:50
“Prezident özündə deyil” – amerikalı konqresmen

SAVASHMEDİA.az xəbər verir ki, həmin videonu jurnalist Aaron Rupar X sosial şəbəkəsində dərc edib. 

Din: Prezident özündə deyil. O, sağlam deyil.

Conson: Sizinkilərin də çoxu özündə deyil. Mən ona nəzarət etmirəm.

Din: Aman Tanrım, xahiş edirəm! Generalların qarşısındakı çıxış?

Conson: Mən onu görməmişəm.

Din: Bu, elə təhlükəlidir ki! Bilirsiniz, mən xarici əlaqələr və təxsisatlar komitələrində işləyirəm. Bizim müttəfiqlərimiz başqa yerlərdə dəstək axtarırlar. Bizim düşmənlərimiz gülür. Sizin qeyri-sağlam prezidentimiz var.

Xatirə SADİQ