Orban Brüsseli ittiham etdi - “Müharibə istəyir”
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) mübaribəyə başlamaq istədiyini iddia edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Orban X sosial şəbəkəsində yazıb.
“Kopenhagen, ikinci gündür. Vəziyyət ciddidir. Masada açıq şəkildə hərbiyönlü təkliflər var. Onlar Aİ-nin vəsaitlərini Ukraynaya ötürmək istəyirlər. Onlar hər cür hüquqi hiylələrlə Ukraynanın üzvlüyünü sürətləndirməyə çalışırlar. Onlar silah tədarükünü maliyyələşdirmək istəyirlər. Bütün bu təkliflər aydın şəkildə göstərir ki, “Brüssellilər” müharibə istəyir”, - deyə Macarıstanın baş naziri vurğulayıb.
Orban əlavə edib ki, o, “Macarıstanın mövqeyində möhkəm dayanacaq, lakin bu sammit həm də növbəti ayların müharibə təhlükəsinə həsr olunacağını sübut edir”.
Xatirə SADİQ