Bayden Almaniya səfərində onlarla görüşəcək – Şolts, Makron, Starmer
ABŞ prezidenti Co Bayden Almaniyaya səfəri zamanı 3 dövlət başçısı ilə görüşü planlaşdırır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Bayden Berlində Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşəcək.
Baydenin həftə sonunda Almaniyaya səfər edəcəyini alman hökumətinin nümayəndəsi Volfqanq Büxner təsdiqləyib.
Xatırladaq ki, Bayden oktyabrın 12-də Ukraynaya yardım üzrə təmas qrupunun – “Ramştayn” formatının ölkə və hökumət rəhbərləri səviyyəsində iclasa sədrlik etməli idi. Lakin Milton qasırğasının Florida sahillərinə yaxınlaşması səbəbindən onun Almaniyaya səfəri təxirə salındı. Sonra məlum oldu ki, “Ramştayn” formatının iclası müəyyən edilməmiş tarixə qədər ertələnib.
Xatirə SADİQ