Rusiya Polşa fabrikini vurdu - Yaralılar var
Rusiyanın Ukraynanın Vinnitsa şəhərinə dron hücumu nəticəsində Polşanın “Barlinek Group” taxta emalı şirkətinə zərər dəyib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski X sosial şəbəkəsində yazıb.
“Zavod rəhbəri mənə indicə məlumat verdi ki, bu, üç istiqamətdən qəsdən hücumdur. Yaralananlar var, o cümlədən ikisi ağır yanıq xəsarətləri alıb. Hadisə yerində Ukrayna xidmətləri işləyir, konsulluğumuzun nümayəndələri də oradadır. Putinin cinayətkar müharibəsi bizim sərhədlərimizə yaxınlaşır”, - Polşanın xarici işlər naziri vurğulayıb.
“Barlinek Group” şirkəti taxta döşəmə istehsalı ilə məşğuldur.
Son məlumata görə, Vinnitsada 8 nəfər xəsarət alıb.
Xatirə SADİQ