Üç Avropa ölkəsi Amerika silahlarını almayacaq - QƏTİ MÖVQE

Çexiyanın ardınca Fransa və İtaliya da Ukrayna üçün Amerika silahlarının alınması təşəbbüsünə qoşulmayacağını bildirib. 

Jul 16, 2025 - 16:21
Üç Avropa ölkəsi Amerika silahlarını almayacaq - QƏTİ MÖVQE

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico”və  "La Stampa" mənbələrinə istinadən yazıblar. 

“Politico” qeyd edir ki, Paris büdcəni azaltmaq və böyük kəsiri (may ayına olan 94 milyard avro) cilovlamaq cəhdi ilə öz müdafiə xərclərini artırmaqda çətinlik çəkir. Bundan əlavə, Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Avropa ölkələri yerli istehsalçılardan silah almaqla öz müdafiə sənayesini inkişaf etdirməyə diqqət etməlidir. Bundan əvvəl o, 2027-ci ilə qədər müdafiə xərclərini 64 milyard avroya çatdıracağını açıqlamışdı.

İtaliyanın da oxşar mövqedən çıxış etməsinə səbəb (bu cür xərclər üçün büdcədə pulun olmaması) eynidir. 

“Burada heç vaxt Amerika silahlarının alınması barədə söhbət olmayıb”, - İtaliyanın Müdafiə Nazirliyindəki mənbə deyib. 

Bundan əlavə, İtaliya artıq digər texnoloji konfiqurasiyalar əsasında Ukraynaya bir neçə Samp-T zenit-raket kompleksi verib. 

Qeyd edək ki, Çexiya da Ukrayna Silahlı Qüvvələri üçün Amerika silahlarının alınmasında iştirakdan imtina edib. 

Baş nazir Petr Fialanın sözlərinə görə, Praqa əsas diqqəti alternativ dəstək metodlarına, o cümlədən döyüş sursatlarının tədarükünə yönəldəcək.

Alman rəsmi şəxsləri özəl söhbətlərində qeyd ediblər ki, ABŞ-dən Ukrayna üçün silah alınmasında əsas lobbiçi Almaniyadır. Almaniya kansleri Fridrix Merts özü bildirib ki, son günlər Amerika Prezidenti Donald  Trampla bir neçə dəfə danışıb. Kansler amerikalı prezidenti Berlinin bu səylərdə “ həlledici rol oynayacağına ” əmin edib. 

Xatirə SADİQ