Məşhur aktyor xərçəng xəstəliyindən vəfat etdi - FOTOLAR

Məşhur britaniyalı aktyor Patrik Murray vəfat edib.

Oct 3, 2025 - 22:29
Məşhur aktyor xərçəng xəstəliyindən vəfat etdi - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, sevilən aktyor ağciyər xərçəngindən vəfat edib.

P.Murraya 2021-ci ildə xərçəng diaqnozu qoyulub. Əməliyyat olunan aktyor kimyaterapiya almağa başlayıb. Müalicələr nəticəsində xərçəngə qalib gəlib. Lakin bir müddət sonra onun qaraciyərində bədxassəli şiş aşkarlanıb. Qaraciyərindən müalicə alıb sağalsa da, ikinci dəfə ağciyər xərçənginə tutulub. Bu dəfə onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, P.Murray 20 il boyunca (1983-2003)  İngiltərənin reytinq rekordları qıran “Only Fools and Horses” (yalnız axmaqlar və atlar) serialında çəkilib. O, serialda “Mickey Pearce” obrazını canlandırıb. P.Murray məşhur “The Walking Dead” (Gəzən ölülər) serialında da rol alıb.

Banu

Fotolarda:  Patrik Murray