Albaniyanın baş naziri Makronla zarafatlaşdı, Trampa söz atdı - VİDEO
Kopenhagendə keçirilən Avropa Şurası Birliyinin sammiti zamanı Albaniyanın baş naziri Eddi Rama Fransa və Azərbaycan prezidentləri Emmanuel Makron və İlham Əliyevə yaxınlaşaraq zarafat edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu anı əks etdirən video TheCommonVoise-un X səhifəsində dərc olunub.
“Siz bizdən üsr istəməlisiniz. Çünki prezident Trampın Albaniya [və Azərbaycan] arasında imzaladığı sülh sazişi münasibətilə təbrik etmədiniz. Əfsus ki, o, çox ciddi-cəhdlə çalışıb. O, çox ciidi-cəhdlə işləyib” – deyə Rama zarafatla əlini çiyninə qoyduğu Makrona bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Ermənistanı Albaniya ilə qarışdıraraq, onunla Azərbaycan arasında müharibəni dayandıra bildiyini bəyan edib.
Xatirə SADİQ