Tramp rus oliqarxlarının aktivlərinin müsadirəsini dayandıra bilməyib
ABŞ prezidenti Donald Trampın rusiyalı oliqarxların aktivlərini müəyyən etmək üçün yaradılmış “KleptoCapture” işçi qrupunu bağlaması indiyədək ruslara öz əmlaklarını geri almağa kömək edə bilməyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.
Məlumata görə, ABŞ tezliklə rusiyalı milyarder Süleyman Kərimovun super yaxtasını hərraca çıxara bilər. Onun 106 metrlik “Amadea”sı rusiyalılardan həbs olunmuş ən iri aktivlərdən biridir.
Bazar ertəsi Nyu Yorkda federal hakimin qərarı ilə yaxtanın satışa yolu açılıb. Məhkəmə yaxtaya görə iddia qaldıran “Rosneft”in keçmiş direktoru Eduard Xudaynatovun buna heç bir əsası olmadığını qərara alıb. Xudaynatovun vəkili Adam Ford bildirib ki, müvəkkili apellyasiya şikayəti verməyi planlaşdırır.
Bu yaxta Amerika hakimiyyətinin sorğusu üzrə 2022-ci ildə Ficidə həbs olunub. ABŞ müəyyənləşdirib ki, yaxta Süleyman Kərimova məxsusdur. lakin ABŞ-nin sanksiyaları altında olmayan Xudaynatov satış prosesinə müdaxilə edib. O, “Amadea”nın ona məxsus olduğunu iddia edib və məhkəməyə müraciət edib. ABŞ hökuməti iddia edir ki, Xudaynatov saxta sahibdir və o, sanksiyalardan yayınmaq istəyən Kərimovu ört-basdır edir.
“Bloomberg” yazır ki, bununla belə, ABŞ hələ də müsadirə edilmiş yaxtaların heç birini hərraca çıxarmayıb. Ona görə də oliqarxların onları geri qaytara bilməsi ehtimalı qalır. “Amadea”nın ardınca Viktor Vekselberqin “Tango”, İqor Seçinin “Crescent” və Andrey Skoçun ailəsinə məxsus “Madam Qu” yaxtalarının taleyi həll olunmalıdır.
Agentlik diqqəti başqa çətinliyə də yönəldib. Yaxta xərcləri tez bir zamanda mümkün satışdan əldə edilən gəlirə çevrilir. Məsələn, müstəqil qiymətləndirici “Amadea”nı 230 milyon dollar dəyərində qiymətləndirdi, lakin bu qiymət satış, texniki xidmət və sığorta xərclərini çıxacaq. “Amadea” yaxtası 2022-ci ilin aprelindən etibarən San Dieqoda dayanır və onun saxlanması ABŞ vergi ödəyicilərinə ildə 7 milyon dollara başa gəlir.
Xatirə SADİQ