Qiyamçılar sərnişin qatarını ələ keçirib – Pakistanda
Pakistanda qiyamçılar sərnişin qatarını ələ keçirərək yüzlərlə insanı girov götürüblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “NDTV World” məlumat yayıb.
Məlumata görə, təxminən 400 sərnişini daşıyan qatar Bəlucistanın Pakistandan müstəqilliyinə can atan “Bəlucistan Azadlıq Ordusu” (BLA) tərəfindən ələ keçirilib.
BLA-nın bəyanatında bildirilib ki, Pakistan qüvvələri əməliyyata başlayacağı təqdirdə girovlar öldürüləcək.
“Dawn News” xəbər verir ki, qatarda 500 sərnişin var. Təhlükəsizlik qüvvələri hadisə yerinə gəlsələr də xilasetmə əməliyyatı ərazidəki dağlıq relief səbəbindən çətinləşib.
Xatirə SADİQ