Ukrayna əvvəlki sərhədlərini bərpa edə bilməyəcək - ABŞ ağır şərt qoydu

Donald Trampın komandası (ABŞ) Ukraynanın təkcə 2014-cü il deyil, hətta 2022-ci il sərhədlərinə qayıtması ehtimalını qəti şəkildə istisna edir.

Mar 11, 2025 - 16:27
Ukrayna əvvəlki sərhədlərini bərpa edə bilməyəcək - ABŞ ağır şərt qoydu

Bu barədə “Sky News” telekanalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Mənbə qeyd edir ki, Vaşinqton danışıqlar prosesində Kiyevin hansısa güzəştlərə getməsini istəyir.

“Görünür, ukraynalılar kifayət qədər ağrılı güzəştlərə getməli olacaqlar”, - adı açıqlanmayan ABŞ rəsmisi kanala deyib.

Həmçinin onun sözlərinə görə, Amerika Ukraynadan ölkə sərhədlərinin 2014-cü il və ya 2022-ci ildəki mövqelərinə qaytarılması ilə bağlı hər hansı müraciət eşitmək istəmir.