Rusiyanın casusluq cəhdlərinin sayı artıb - Alman kəşfiyyatı
Almaniyanın hərbi əks-kəşfiyyat xidməti Rusiya xüsusi xidmətlərinin ölkə daxilində casusluq cəhdlərinin və təxribat fəaliyyətlərinin sayında əhəmiyyətli artım qeydə alıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə kəşfiyyat rəhbəri Martina Rozenberq dpa xəbər agentliyinə bildirib.
“Yanlaşma daha kütləvi və aqressiv olub. Onlar “soyuq müharibə”dən məlum olan metodlarla hərəkət edirlər və öz vasitələrini genişləndirirlər. Heç kimə sirr deyil ki, Almaniya NATO qoşunlarının köçürülməsi üçün logistika mərkəzidir və xarici kəşfiyyat xidmətlərinin diqqətindədir”, - deyə Rozenberq vurğulayıb.
Rozenberqin fikrincə, ayrı təhlükə, alman hərbi qulluqçularının və ya ikili vətəndaşlığı olan şəxslərin Rusiyaya və onunla müttəfiq ölkələrə istirahət üçün səfərləri təşkil edir. Burada onları razı salmaq və ya əməkdaşlığa məcbur etmək olar.
Dpa yazır ki, aşkar edilmiş halların sayı bir il ərzində, demək olar ki, iki dəfə artıb. Rusiya casusları üçüncü ölkələr vasitəsilə Almaniyaya daxil olmağa davam edirlər.
Xatirə SADİQ