"Yaxın Şərqin qoçusu öldü" - Tramp
ABŞ Prezidenti Donald Tramp İranın hərbi potensialı ilə bağlı sərt açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşdığı mesajda İran Silahlı Qüvvələrinin ağır vəziyyətdə olduğunu iddia edib.
ABŞ liderinin sözlərinə görə, İran ordusu hazırda ciddi böhran yaşayır və ölkənin Hərbi Dəniz Qüvvələri ilə Hərbi Hava Qüvvələrinin böyük hissəsi artıq döyüş qabiliyyətini itirib.
“İran ordusu tam xaos içindədir, bərbad vəziyyətdədir. Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin böyük hissəsi artıq mövcud deyil. Onlar tamamilə məğlub olublar”, - Tramp bildirib.
O, həmçinin Tehranın uzun müddət danışıqları uzatdığını və bunun nəticələrinin ağır olacağını deyib. Tramp İranın yalnız sərt bəyanatlar verdiyini, lakin real təsir imkanlarını itirdiyini iddia edərək, ölkəni bir vaxtlar regionda qorxu yaradan qüvvə kimi xarakterizə edib.
“Yaxın Şərqin qoçusu öldü. Özləri üçün mükəmməl ola biləcək saziş üzrə danışıqları çox uzatdılar, indi isə bunun bədəlini ödəməli olacaqlar”, - ABŞ prezidenti qeyd edib.
Trampın bu açıqlaması Vaşinqton və Tehran arasında münasibətlərin gərgin olaraq qaldığı bir dövrdə səslənib.
Oğuz