Netanyahunu öldürmək istəyən qadın yaxalandı - Dindirilmədə nələri etiraf edib?
İsrailin Baş naziri Benyamin Netanyahuya sui-qəsd cəhdi olub.
SAVASHMEDİA.az xəbər verir ki, İsrail mediasının yazdığına görə, iki həftə öncə yaşlı bir qadın Baş naziri bomba ilə öldürməyə çalışıb.
Sui-qəsd cəhdinin qarşısı İsrail Təhlükəsizlik Xidməti (Şin Bet) tərəfindən alınıb.
Saxlanılan sui-qəsdçini Şin Bet saatlarla dindirib. Dindirilmənin nəticələri ilə bağlı məlumat verilməyib.
Qadın “bütün dövlət qurumlarına giriş və Baş nazirə yaxınlaşma qadağası” şərti ilə sərbəst buraxılıb.
Qeyd edək ki, sabah qadına qarşı terror aktı törətmək və sui-qəsdə cəhd ittihamı ilə cinayət işi açılacaq.
Xatırladaq ki, Benyamin Netanyahu bir neçə gün öncə xarab olmuş qidadan zəhərlənmişdi. Zəhərlənmə nəticəsində bağırsaq infeksiyası keçirən Baş nazir dövlət işlərini 3 gün evdən idarə etməli olmuşdu.
Banu