Zelenskinin nümayəndələri Ərdoğanla görüşdü - VİDEO

İstanbuldakı görüşdən əvvəl Ukrayna nümayəndə heyəti yolüsü Ankarada dayanıb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Jul 23, 2025 - 16:58
Zelenskinin nümayəndələri Ərdoğanla görüşdü - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat paylaşıb. 

Onun sözlərinə görə, Ukrayna tərəfi Türkiyə prezidenti ilə təhlükəsizlik vəziyyətini, regional sabitliyə çağırışları və iki ölkə arasında müdafiə sahəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib.

Heyət Türkiyə prezidentinin böyük müşaviri Akif Çağatay Kılıç və xarici işlər naziri Hakan Fidan ilə də görüş keçirilib.

Xatirə SADİQ