Havalar sərinləyəcək - BU TARİXDƏN 

İsti hava dalğası hələ bir neçə gün davam edəcək.

Jul 18, 2025 - 16:55
Havalar sərinləyəcək - BU TARİXDƏN 

Milli Hidrometeorologiya Xidmətindən SAVASHMEDİA.az-a verilən məlumata əsasən iyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. 

Ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40°-yə yaxın, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 36-40, bəzi yerlərdə 41° dərəcəyədək, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.