Britaniya Rusiyaya qarşı sanksiyalari genişləndirdi 

Britaniya hökuməti Rusiyanın “Afrika Təşəbbüsü” xəbər agentliyinə və onun rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib. 

Jul 18, 2025 - 16:48
Britaniya Rusiyaya qarşı sanksiyalari genişləndirdi 

SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) dərc etdiyi yenilənmiş siyahıda deyilir.

Sanksiya tətbiq olunan rəhbərlərin arasında “Afrika Təşəbbüsü”nün baş redaktoru Artem Kureyev, onun müavini Anna Zamaraeva və təşkilatın Burkina Fasodakı nümayəndəliyinin rəhbəri Viktor Lukovenko da var.

Ümumilikdə Londonun anti-Rusiya sanksiyaları 23 mövqeyə qədər genişləndirilib

Xatirə SADİQ