Zelenskinin Vaşiqton proqramı açıqlandı - “Öncə senatorlar, sonra Tramp”

Ukrayna prezidenti Vladimir Zelenskinin fevralın 28-də Vaşinqtona səfəri senatorlarla görüşdən başlayacaq.

Feb 28, 2025 - 12:56
Zelenskinin Vaşiqton proqramı açıqlandı - “Öncə senatorlar, sonra Tramp”

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin ofisindən bildirilib.

Məlumata görə, amerikalı senatorlarla səhər görüşündən sonra  Zelenski Ağ Evə yollanacaq. 

Ukrayna prezidenti Vaşinqton vaxtı ilə təxminən saat 11:00-da Oval kabinetdə amerikalı həmkarı Donald Trampla görüşəcək. İkitərəfli danışıqlardan öncə KİV üçün qısa bəyanatların verilməsi planlaşdırılır.

Hər iki prezidentin Vaşinqton vaxtı ilə saat 13-də mətbuata açıqlama verməsi və birgə mətbuat konfransı keçirməsi planlaşdırılır. 

Bundan əvvəl isə prezidentlər Ukraynadakı “yerin təki haqqında saziş” imzalayacaqlar. 

Ağ Evdən sonra Zelenski Hadson İnstitutuna gedəcək, axşam isə Ukrayna Evində diaspora nümayəndələri ilə görüşəcək. 

Xatırladaq ki, görüş ərəfəsində – fevralın 27-də britaniyalı baş nazir Kir Starmerlə görüşü zamanı Tramp ukraynalı həmkarının ünvanına diktator dediyini danıb. 

Xatirə SADİQ