Türkiyənin əfsanəvi müğənnisi infarkt keçirdi - FOTO/VİDEO
Türkiyənin məşhur müğənnisi, türk sənət musiqisinin canlı əfsanəsi Muazzez Abacı infarkt keçirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə bəstəkar Seda Akay məlumat yayıb.
Məlumata görə, 77 yaşlı ifaçı halı pisləşdiyi üçün təcili xəstəxanaya çatdırılıb.
Həkimlərin müayinəsi nəticəsində onun infarkt keçirdiyi məlum olub. Təcili əməliyyata götürülüb, ürəyinə stent taxılıb. Əfsanəvi müğənninin vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, Muazzez Abacı 1947-ci ildə Ankarada anadan olub. 1970-ci illərdə professional səhnəyə addım atıb. Dövlət sənətçisi ünvanına sahibdir. “Ümit Töreni”, “Kimseye Etmem Şikayet”, “Sensiz Saadet Neymiş”, "Vurgun", “Her şey seni hatırlatıyor” kimi əsərlərlə adını türk sənət musiqisi tarixinə qızıl hərflərlə yazdırıb.
Banu
Fotoda: Muazzez Abacı