Rusiya Ermənistandakı səfirini geri çağırdı - GƏRGİNLİK

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr aparmaq üçün Moskvaya çağırılıb.

May 30, 2026 - 11:22
Rusiya Ermənistandakı səfirini geri çağırdı - GƏRGİNLİK

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qərar Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlar fonunda qəbul edilib. 

Moskva hesab edir ki, İrəvanın Qərbə inteqrasiya cəhdləri Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa mənfi təsir göstərə bilər.

Rusiyalı ekspertlər səfirin geri çağırılmasını Kreml tərəfindən Ermənistan rəhbərliyinə göndərilən siyasi siqnal kimi qiymətləndirirlər. Onların fikrincə, bu addım iki ölkə arasında son dövrlər artan fikir ayrılıqlarının növbəti təzahürüdür.

Oğuz