Ərdoğan İstanbulun fəthi münasibətilə Ayasofyada namaz qıldı - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 573-cü ili münasibətilə ötən gün Ayasofya məscidində namaz qılıb.

May 30, 2026 - 00:51
Ərdoğan İstanbulun fəthi münasibətilə Ayasofyada namaz qıldı - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə lideri daha sonra “Qurani-Kərim”dən ayələr oxuyub.

Həmin anlar vətəndaşlar tərəfindən lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb.

Xatırladaq ki, Bizans İmperiyasının paytaxtı olan Konstantinapol şəhəri 1453-cü ildə Osmanlı sultanı II Mehmed (Fatih Sultan Mehmed) tərəfindən 53 günlük (6 aprel – 29 may) mühasirədən sonra fəth edilib. Şəhərin adı İstanbul olaraq dəyişdirilib.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)