Bakıda valideynlə mübahisə edən müəllim öldü - TƏFƏRRÜAT + FOTO 

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.

Feb 27, 2025 - 00:19
Feb 27, 2025 - 00:19
Bakıda valideynlə mübahisə edən müəllim öldü - TƏFƏRRÜAT + FOTO 

SAVASHMEDİA.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəli məktəbdə baş verib.

Belə ki, təhsil müəssisəsinin Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb.

O, 2 gün komada qalıb. Ötən gün 55 yaşı olmuş müəllim bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Fotoda Xeyransa Karakova