"Mahirlə danışdım, qalmaq istəmir, pul dalınca Koreyaya gedir" - Kloze təsdiqlədi
"Nürnberq" Almaniya 2-ci bundesliqasının 22-ci turunda "Ulm"la qarşılaşıb.
Təbii ki, Azərbaycan futbol ictimaiyyətinin gözü həmin matçda idi.
Axı son günlərdə Mahirin "Nürnberq"dən ayrılacağı haqda xəbərlər geniş yayılıb. Dəqiq desək, "Bild" onun Koreya "Seul"una yollanmaq istəyində olduğunu tirajlayıb.
Maraqlıdır ki, həmin oyun həmyerlimizin həqiqətən kollektivdən ayrılmaq niyyətində olduğunu sübut etdi.
SAVASHMEDİA.az sportinfo.az-a istinadla xəbər verir ki, "Nürnberq"in 2:0 hesablı qələbəsiylə başa çatan matçdan sonra jurnalistlərin suallarını cavablayan baş məşqçi Miroslav Kloze də məlumatın doğru olduğunu təsdiqləyib:
"Bəli, bu qarşılaşmanın iştirak ərizəsində Mahir Emrelinin adı yox idi. Ona görə ki, futbolçu "Nürnberq"dən ayrılmaq ərəfəsindədir. Mən onunla bu haqda uzun-uzadı söhbət etdim. Komandam üçün lazımlı futbolçu olduğunu daha əvvəl də demişəm.
Lakin o, daha çox pul qazanmaq üçün yeni qapılar açmaq istəyir. Koreyadan gələn təklifin onun üçün böyük fürsət olduğunu dedi. Məncə, artıq nəyisə gizlətməyin mənası yoxdu. O, burda qalmaq istəmir".