Məşhur müğənni faizdən gələn gəliri QƏBUL ETMƏDİ – “Məni günaha batırırsınız”

“Müğənni Yıldız Tilbe bank hesabında olan milyonlarla lirənin faizindən əldə olunan gəliri kasıblara paylayıb”.

Oct 22, 2026 - 18:20
Məşhur müğənni faizdən gələn gəliri QƏBUL ETMƏDİ – “Məni günaha batırırsınız”

SAVASHMEDİA.az xəbər verir ki, bunu türkiyəli aktrisa Seray Sever aparıcısı olduğu proqramda açıqlayıb.

S.Sever bildirib ki, bank əməkdaşı Yıldız Tilbenin xəbəri olmadan hesabındakı milyonlarla lirəni faizli əmanətə çevirib. Vəziyyətdən xəbər tutan müğənni isə faiz gəlirini qəbul etməyib:

“Yıldız faizə qarşıdır. Onun banklarda unutduğu pulları var və söhbət milyonlardan gedir. Bank işçisi Yıldızın xəbəri olmadan həmin pulu faizə yerləşdirib. Sonradan ona bu barədə məlumat verib. Yıldız əsəbiləşib, onu günaha batırdıqlarını və faizdən gələn gəliri götürə bilməyəcəyini deyib”.

Y.Tilbe daha sonra faiz pullarını kasıblara paylayıb:

“Yıldız özü pul kisəsi hazırlayıb. Həmin pulları kisələrə yığıb və ehtiyacı olan şəxslərə verib”.

Banu