Ulduzlar oktyabrın 22-nə nə vəd edir? - FAL
Bu günün qoroskopunu təqdim edirik.
Qoç
Qarşınıza çıxan fürsətləri dəyərləndirmək üçün əla zamandır. Adət etdiyiniz davranışınızdan fərqli olaraq, özünüzə meydan oxuyacaq və işdə yeni tapşırıqlar götürəcəksiniz. Bu, özünəinamınızı artıracaq və bacarığınızı sübut edəcək. Tələbələr yaxşı nəticələr üçün bir qədər gözləməlidirlər, odur ki, çox çalışmağa davam edin.
Uğurlu rənginiz: Xardal rəngi (Mustard)
Uğurlu rəqəminiz: 11
Buğa
Sağlam həyat tərzinə başlamaq üçün uğurlu gündür. Gündəlik rejiminizə idmanla bağlı bəzi fəaliyyətlər əlavə edə bilərsiniz. Nağd pul çıxışı gözlənilir, lakin bu uzun sürməyəcək, çünki qoyduğunuz sərmayə sizə böyük mənfəətlə qayıdacaq. Xərclərinizə diqqət edin və sevdiklərinizə puldan daha çox vaxt ayırın.
Uğurlu rənginiz: Mavi
Uğurlu rəqəminiz: 25
Əkizlər
Uzun müddətdir ətrafınızdakı insanların həyatınıza həddindən artıq müdaxilə etdiyini müşahidə edirsiniz. Hər hansı mübahisədən qaçın və diqqətinizi işinizə, təhsilinizə yönəldin, əks halda çətin vəziyyətə düşə bilərsiniz. Səhhətiniz bu gün o qədər də yaxşı görünmür.
Uğurlu rənginiz: Sarı
Uğurlu rəqəminiz: 11
Xərçəng
Qarşıda sizi kifayət qədər yaxşı bir gün gözləyir. Bu gün yeni bir təhsil layihəsinə başlayacaqsınız. Bu layihənin uğurlu nəticələr verəcəyi və sağlam gələcəyə yol açacağı ehtimal olunur. Tanış bir şəxslə qarşılaşmağınızın sizə bol fürsətlər gətirəcəyi proqnozlaşdırılır.
Uğurlu rənginiz: Yaşıl
Uğurlu rəqəminiz: 22
Şir
Bu gün şifahi razılaşmalar etməkdən çəkinin. Sənədləşmə gələcək üçün vacibdir, çünki insanlar sizi aldatmaq niyyətində ola bilərlər. Səhhətinizin qeydinə qalın, çünki dərman qəbul etmək məcburiyyətində qala bilərsiniz. Sevdiklərinizlə keyfiyyətli vaxt keçirmək üçün yaxşı gündür.
Uğurlu rənginiz: Tünd qırmızı (Maroon)
Uğurlu rəqəminiz: 11
Qız
Bu gün tənqidlərlə üzləşməli olacaqsınız. Həmkarlarınız sizi işinizə görə tənqid edə bilərlər. Ağıllı davranmalı və nələrə qadir olduğunuzu göstərməlisiniz. Səhhətiniz sizi dəstəkləyir və daha sağlam gələcəyə yönəldir.
Uğurlu rənginiz: Şaftalı rəngi (Peach)
Uğurlu rəqəminiz: 10
Tərəzi
Rəsmi (ofis) işlərdə çalışanlar bu gün vəzifə artımı gözləyə bilərlər. Uzun müddətdir çox çalışanlar üçün peşəkar yüksəliş ehtimal olunur. Maliyyə vəziyyətiniz yaxşılaşacaq. Məzuniyyət planlaşdırmaq üçün doğru gündür. Bir sözlə, gün sizin lehinizədir və sizi xoş sürprizlərlə təəccübləndirəcək.
Uğurlu rənginiz: Qəhvəyi
Uğurlu rəqəminiz: 4
Əqrəb
Ciddi maneələrlə qarşılaşa bilərsiniz, lakin bunların hamısına qalib gəlmək üçün daxili gücünüz çatacaq. Sevdiklərinizlə xoş vaxt keçirməyiniz gözlənilir. Tələbələr gözlədikləri xoş xəbərdən həyəcanlana bilərlər. Bu gün səhhətinizə fikir verin.
Uğurlu rənginiz: Qızılı
Uğurlu rəqəminiz: 32
Oxatan
Həyatınızda sevgi istəyirsiniz və yeni bir münasibət qapıdadır. Bu, peşəkar və şəxsi həyatınız üçün yeni bir başlanğıcdır. Risk etməkdən qorxmamalısınız, çünki uğur qazana bilərsiniz. Peşman olmaq yox, sevinmək vaxtıdır. Tələbəlik həyatınız yeni bir məcraya yönələcək.
Uğurlu rənginiz: Çəhrayı
Uğurlu rəqəminiz: 23
Oğlaq
Gün əvvəlki zəhmətlərinizin mükafatı olaraq sizə daha çox fürsət gətirir. Addım atmaqdan qorxursunuz, özünəinam və iradə çatışmazlığı yaşayırsınız, lakin işdə müsbət köklənmək vaxtıdır. Tələbələrin gözlədiyi yaxşı nəticələr yoldadır. Evdar qadınlar üçün evdən işləmək imkanları yaranacaq, lakin real görünməyən şübhəli təkliflərdən uzaq durun.
Uğurlu rənginiz: Krem rəngi
Uğurlu rəqəminiz: 12
Dolça
Ritm itkisinin, gecikmələrin və durğunluğun qarşısını almaq üçün iş və şəxsi həyatınızda qərar verərkən sakit və müsbət olmalısınız. Finiş xəttinə bu qədər yaxınlaşmışkən təslim olmayın, ruhdan düşməyin və istiqamətinizi dəyişməyin. Səhhətiniz bu gün sizinlədir.
Uğurlu rənginiz: Narıncı
Uğurlu rəqəminiz: 1
Balıqlar
Evinizi və ya ofisinizi köçürməyi planlaşdırırsınızsa, bu gün planınızı həyata keçirmək üçün doğru zamandır. Gününüz sevgi və uğur dolu sehrli anlarla zəngin olacaq. İnvestisiya planlarınız bəhrəsini verəcək. Qarşıdakı hər anın dadını çıxarın.
Uğurlu rənginiz: Bənövşəyi (Purple)
Uğurlu rəqəminiz: 28