Zelenski bu ərazilərin Rusiyada qalmasına RAZILAŞDI - "Ölümlər dayansın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin hazırkı təmas xətti boyunca dayandırılmasını münaqişəyə son qoymağın real yollarından biri hesab edir.

Oct 22, 2026 - 00:55
Zelenski bu ərazilərin Rusiyada qalmasına RAZILAŞDI - "Ölümlər dayansın"

SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Jurnalist ondan Ukraynanın ərazisinin ən azı 75 faizinə nəzarəti saxlaması şərtilə, cəbhə xəttinin hazırkı vəziyyətdə dondurulmasını nəzərdə tutan sülh sazişini qəbul edib-etməyəcəyini soruşub.

Zelenski suala müsbət cavab verərək bildirib ki, hazırda döyüşlərin dayandırılması müharibənin başa çatdırılması üçün real yoldur.

“Biz vəziyyəti dondurmalıyıq. Düşünürəm ki, bu, müharibəni bitirməyin real yoludur. Biz bunu atəşkəs və ya öldürməyi dayandırmaq adlandırırıq. Dayandıraq və müharibəni donduraq”, - Ukrayna lideri vurğulayıb.

Zelenski əlavə edib ki, bundan sonra Ukrayna ABŞ və Avropa ölkələrindən təhlükəsizlik zəmanətləri tələb edəcək. Onun sözlərinə görə, əsas məqsəd işğalın, hücumların və qətllərin yenidən baş verməyəcəyinə əmin olmaqdır.

Ukrayna Prezidenti həmçinin müharibə nəticəsində evlərini itirərək xaricə gedən milyonlarla ukraynalının ölkəyə qayıtmasının vacibliyini qeyd edib.

Oğuz