"Putin mənimlə üzbəüz görüşdən qaçır, çünki..." - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin onunla birbaşa danışıqlardan yayınmağa çalışdığını deyib.

Jan 3, 2025 - 12:24
"Putin mənimlə üzbəüz görüşdən qaçır, çünki..." - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, ölkədaxili telemarafonda danışıb.

“O, mənimlə danışıqlara oturmamaq üçün hər şeyə əl atır. Prinsipcə, o, heç bir dialoq istəmir”, - deyə Ukrayna prezidenti qeyd edib.

Volodimir Zelenskiyə görə, iki ölkə arasında birbaşa danışıqlar Rusiya üçün itki olacaq, çünki bu, onun Ukraynanı işğal etmək məqsədinə çatmadığı anlamına gələcək.

“Birbaşa danışıqlar prinsipcə, Rusiya üçün zəiflik sayılır, çünki burada ultimatum səslənməyəcək... Bütün bunlar Putinin qarşısına qoyduğu tapşırığın yerinə yetirilmədiyi anlamına gəlir”, - deyə Zelenski vurğulayıb.