Paşinyan Azərbaycan manatında elə bir detal tapdı ki... - Çoxu bunu ilk dəfə görəcək + FOTOLAR
Ermənistan mediası Azərbaycan manatları üzərindəki xəritə təsvirləri ilə bağlı məqalə dərc edib.
SAVASHMEDIA.az xəbər verir ki, Ermənistanın "Hetq" nəşri Azərbaycanın müxtəlif illərdə dövriyyəyə buraxdığı manat əskinasları üzərindəki xəritələri araşdıraraq Başkəndin (Ermənistanda Artsvaşen adlandırılır) necə təsvir olunduğuna diqqət çəkib.
Məqalədə bildirilir ki, mövzu Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamalarından sonra yenidən müzakirəyə çıxarılıb. Paşinyan köhnə nümunəli Azərbaycan manatlarında və bəzi rəsmi sənədlərdə Başkəndin Azərbaycanın əsas ərazisindən fərqli rənglə göstərildiyini iddia etmişdi.
"Hetq" isə qeyd edib ki, bu təsvir bütün əskinaslara aid deyil. Nəşrin yazdığına görə, Başkənd yalnız 2005–2018-ci illərdə dövriyyəyə buraxılmış bəzi manat əskinaslarında fərqli rəngdə göstərilib. Məqalədə vurğulanır ki, 2020-ci ildən etibarən buraxılan yeni nəsil əskinaslarda isə belə bir təsvir yer almır.
Qeyd edək ki, Başkənd Azərbaycanın Gədəbəy rayonuna məxsus eksklav kəndidir. Başkənd yaşayış məntəqəsi sovet dövründə kənd təsərrüfatı ehtiyacları ilə əlaqədar SSRİ rəhbərliyinin qərarı ilə Ermənistan SSR-nin tabeliyinə verilib. Həmin dövrdə kəndin əhalisi də əsasən ermənilərdən ibarət olub.
Ərazisi 61 kvadrat kilometr olan kəndin adı 1978-ci ildə dəyişdirilərək Artsvaşen (ermənicədən tərcümədə “Qartalkənd” deməkdir) adlandırılıb.
Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il 6–8 avqust tarixlərində həyata keçirilən hərbi əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarəti altına keçib.
Ermənilər kəndi tərk edəndən sonra Başkənddə məskunlaşma olmayıb. Ətraf kəndlərin sakinləri bu ərazilərdə kənd təsərrüfatı ilə məşğul olurlar.
Oğuz