Sabah hava necə olacaq?

Sabah ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 35, bəzi rayonlarda isə 39 dərəcəyədək yüksələcək.

Jul 13, 2026 - 12:26
Sabah hava necə olacaq?

SAVASHMEDİA.az xəbər verir ki, iyulun 13-də Bakıda və Abşeron yarımadasında yağış gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz isə 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz isə 50-55 faiz səviyyəsində dəyişəcək.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bununla belə, günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Gecə və səhər saatlarında ayrı-ayrı dağlıq rayonlarda duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 34-39 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 14-18, gündüz 23-28 dərəcə isti, bəzi yerlərdə isə 32-35 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.