Bakı və Abşeronda külək əsəcək - Dözülməz istilərə son?

İyulun 21-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Jul 21, 2025 - 19:18
Bakı və Abşeronda külək əsəcək - Dözülməz istilərə son?

Milli Hidrometeorologiya Xidmətindən SAVASHMEDİA.az-a verilən məlumata görə, Abşeron yarımadasında uzun müddət davam edən durğun isti-diskomfort hava şəraitini şərtləndirən yüksək temperatur və cənub-şərq küləyi iyulun 22-24-də mülayim xəzri ilə əvəz olunacaq.

Bu da, havada nisbi rütubətin bir qədər azalmasına səbəb olmaqla, istinin təsirini nisbətən mülayimləşdirəcək.