Ürək xəstəliyinin gizli əlamətləri - Amerikalı həkim AÇIQLADI
Amerikalı ürək cərrahı Ceremi London ürək-damar sistemi xəstəliklərinin xəbərçisi ola biləcək dörd qeyri-adi əlaməti açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, həkim ilk əlamət kimi baldır, ayaq pəncəsi və ayaq barmaqlarında tüklərin tökülməsini göstərib.
Onun sözlərinə görə, bu hal qan dövranının pozulması ilə əlaqədardır. Damarların daralması nəticəsində tük follikulları kifayət qədər oksigen və qida maddələri ala bilmir.
Mütəxəssis ereksiya problemlərinin də damarların daralmasından qaynaqlana biləcəyini bildirib. Digər əlamətlərə topuq və ayaq pəncələrində şişkinlik, eləcə də qeyri-adi yorğunluq daxildir.
Kardioloq qeyd edib ki, ürək qanı kifayət qədər effektiv pompalaya bilmədikdə ayaqlarda şişkinlik yarana bilər.
Ceremi London əvvəllər çətinlik çəkmədən yerinə yetirilən gündəlik işlərin artıq ciddi yorğunluq yaratmasının da diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb.
“Əvvəllər asanlıqla gördüyünüz işlərin öhdəsindən indi xeyli çətinliklə gəlirsinizsə, həkimə müraciət edin”, – deyə o tövsiyə edib.
Banu