Sertifikatı ləğv edilən Elnur Mehrəliyə cinayət işi açıla bilər 

Tanınmış plastik cərrah Elnur Mehrəlinin sertifikatı ləğv olunub.

Jun 9, 2026 - 20:06
Sertifikatı ləğv edilən Elnur Mehrəliyə cinayət işi açıla bilər 

SAVASHMEDİA.az xitab24.az-a istinadla xəbər verir ki, bununla bağlı həqiqət məhkəmə prosesində üz çıxıb.

Belə ki, pasiyent “Yasamal Hospital”da Elnur Mehrəli tərəfindən icra olunan nəməliyyatın qüsurlu olduğunu iddia edərək prokurorluğa uz tutub.

Lakin Bakı şəhər prokurorluğu tərəfindən cinayət işinin başlanmasının rədd olunub.

Bundan sonra vətəndaş rədd qərarının ləğvi üçün məhkəməyə müraciət edib.

Məhkəmə isə Elnur Mehrəli ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin əmri ilə yaradılmış Xüsusi Təftiş Komissiyası ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılması ilə bağlı kompleks araşdırma tədbirləri həyata keçirib və Elnur Mehrəlinin plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətinə icazə verilməyib. Eyni zamanda bildirilib ki, Elnur Mehrəlinin hazırda Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində praktik tibb fəaliyyəti ilə məşğul olması barədə məlumat yoxdur.

Prosesin yekununda cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar ləğv olunub.

Məhkəmə belə qənaətə gəlib ki, müstəntiq tərəfindən Elnur Mehrəli Xalid oğlunun plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnun mövcud olub-olmaması zəruri qaydada araşdırılmayb. Habelə Elnur Mehrəlinin həmin tarixdə müvafiq dövlət reyestrində qeydiyyatda olub-olmadığını Səhiyyə Nazirliyindən və aidiyyəti qurumlardan rəsmi qaydada dəqiqləşdirməli idi. 

Bir sözlə, müstəntiq qeyd edilənləri araşdırmadan əməldə cinayət hadisəsi olmadığı qənaətinə gəlib. 

Məhkəmənin yekun qərarına əsasən, göstərilmiş xüsusatlar araşdırılmalı və cinayət hadisəsinin olub-olmamasına düzgün hüquqi qiymət verilməsi ilə bağlı ibtidai araşdırma orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmalıdır.