Trampla görüşdən əvvəl Suriya prezidentini öldürmək istəyiblər - ŞOK

Trampla görüşündən əvvəl Suriya prezidenti Əhməd əl-Şaraaya qarşı iki sui-qəsd cəhdi edilib.

Nov 11, 2025 - 01:07
Trampla görüşdən əvvəl Suriya prezidentini öldürmək istəyiblər - ŞOK

SAVASHMEDİA.az-ın xəbərinə görə, prezidentə qarşı hər iki sui-qəsd cəhdinin İŞİD yaraqlıları tərəfindən edildiyi bildirilir.

Dəməşqdəki iki yüksək rütbəli mənbənin "Reuters" agentliyinə verdiyi məlumata görə, sui-qəsdlərdən biri prezidentin iştirakının əvvəlcədən elan edildiyi rəsmi tədbir zamanı planlaşdırılıb. 

Həmin gün Əl-Şaraa yerli hökumət rəsmiləri və Suriya ordusu komandanlığına müraciət etməli imiş. Terrorçuların planı bombalı avtomobillə hücum etmək idi. Lakin kəşfiyyat məlumatı alan təhlükəsizlik qüvvələri prezidentin gəlişinə bir neçə saat qalmış qrupu zərərsizləşdirib.

Agentliyin mənbələrinə görə, ikinci sui-qəsd cəhdi Homs əyalətində planlaşdırılıb və prezidentin bərpa edilən obyektlərə baxışı zamanı baş verməli idi.

Planlaşdırılan hücumlarla bağlı məlumatlar çaxnaşma dalğası yaratmamaq və əl-Şaranın ABŞ Prezidenti Donald Trampla gözlənilən danışıqlarını pozmamaq üçün gizli saxlanılıb.

Oğuz