ABŞ Venesuela əməliyyatının bitdiyini elan etdi - "Bizə Maduro lazım idi, vəssalam"
Saxlanılaraq ABŞ-yə aparıldıqları deyilən Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının sonrakı taleyi ilə bağlı narahatlıqlar rəsmi səviyyədə səslənməyə başlayıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Venesuela rəsmiləri Prezident Maduronun harada olduğunu bilmədiklərini açıqlayıblar.
Onlar eyni zamanda Vaşinqtondan prezidentin sağ olduğuna dair sübut tələb ediblər.
ABŞ dövlət katibinin müavini Kristofer Landau isə bildirib ki, Maduro nəhayət ki, cinayətlərinə görə ədalət qarşısında cavab verəcək.
Senator Mayk Li dövlət katibi Marko Rubio ilə söhbətindən sitat gətirib. Rubio Maduronun həbsindən sonra əməliyyatın dayandırıldığını və Venesuelaya qarşı heç bir addımın atılmayacağını təsdiqləyib: "Çünki ABŞ-nin məqsədi Maduronu ələ keçirmək olub, vəssalam".
Venesuelada bütün hakimiyyət vitse-prezident Delsi Rodrigezə keçib.
Oğuz