İmamoğlu həbsxana rəhbərliyinə PUL TƏKLİF ETDİ - "Bu qadağanı götürün"
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sədri Əkrəm İmamoğluya və onunla birlikdə həbs olunmuş bələdiyyə rəsmilərinə yeni qadağa tətbiq olunub.
SAVASHMEDİA.az xəbər verir ki, sözügedən şəxslərin Super Liga matçlarını izləmələri qadağan olunub.
Bu qadağa Silivri, Tekirdağ və Çorlu həbsxanalarına şamil edilib. Həbsxanaların rəhbərliyi buna səbəb kimi yayımçı ilə qiymətdə razılaşa bilməmələrini göstərib.
İBB məhbusları məbləği ödəməyi təklif etsələr də, təklifləri qəbul edilməyib.
Qeyd edək ki, Əkrəm İmamoğlu və İBB-nin həbsxanada olan digər rəsmiləri ötən il Super Liqa matçlarını izləyiblər. Bu il isə qadağaya görə onlar yalnız TRT vasitəsilə yayımlanacaq oyunları izləyə biləcəklər.
Xatırladaq ki, Ə.İmamoğlu 19 mart 2025-ci ildə həbs olunub.
Banu