Adı mərc oyunlarında hallanan futbolçudan AÇIQLAMA

“Beşiktaş”ın futbolçusu Nəcib Uysal mərc oyunları ilə bağlı iddiaları təkzib edib.

Nov 11, 2025 - 01:24
Adı mərc oyunlarında hallanan futbolçudan AÇIQLAMA

Futbolçu yayılan məlumatlara sərt reaksiya verib.

“Həyatım boyu mərclə heç bir əlaqəm olmayıb. Oynamamışam, mərc hesabım belə olmayıb. Belə bir şey ağlımdan belə keçməyib. İllərdir alnımın tərilə və zəhmətimlə təmiz saxlamağa çalışdığım adımın bu cür gündəmə gətirilməsinə qarşı bütün hüquqi mübarizəmi aparacağam. “Beşiktaş” azarkeşlərinin və bütün futbolsevərlərin qətiyyən şübhəsi olmasın,” - Uysal bildirib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası ümumilikdə 1024 futbolçunun adını mərc araşdırması çərçivəsində Peşəkar Futbol Disiplin Kuruluna (PFDK) göndərib. “Beşiktaş” klubu isə Uysalın bəyanatına dəstək verərək, futbolçusunun adının “əsassız şəkildə hallandığını” bildirib.