Alen Simonyan bu gün Zərdüşt Əlizadəyə zəng edib - "Dedi ki, Zərdüştcan..."
Politoloq Zərdüşt Əlizadə Ermənistan parlamentinin spikeri Alen Simonyanın bu gün səhər saatlarında ona zəng etdiyini deyib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Zərdüşt Əlizadə sherg.az-a açıqlamsında etiraf edib.
"Alen Simonyan bu gün səhər mənə zəng vurub dedi ki, Zərdüştcan, xəbərin var? Nikolcan fevralda erkən seçkilərə getmək istəyir. Mən də cavab verdim ki, Simoncan, dəqiq, dəyərli məlumata görə çox sağ ol. Azərbaycan jurnalisti sabah mənə zəng vursa, mən sizə istinadən deyəcəm ki, belə bir ehtimal var".