Silahlı şəxs Manhettendə qırğın törətdi

Avtomatik tüfəngli şəxs Manhettendəki məşhur göydələndə biri polis də daxil olmaqla 4 nəfəri öldürüb.

Jul 29, 2025 - 14:49
Silahlı şəxs Manhettendə qırğın törətdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nyu-York polis komissarı Cessika Tiş bildirib ki, silahlı şəxs Las-Veqasdan olan 27 yaşlı Şeyn Tamuradır. O, üç gün ərzində ölkəni gəzib və cinayətdən öncə Nyu-Yorka gəlib.

Komissarın sözlərinə görə, atıcı Park prospektindəki 44 mərtəbəli göydələnə M4 tüfəngi ilə soxulub, dərhal atəş açaraq, bir polis məmurunu və iki kişini öldürüb. Sonra o, liftlə “Ruden Building Management”in yerləşdiyi mərtəbəyə çıxarıb və orada qadını güllələyib.

“O, zabiti güllələdikdən sonra sütunun arxasında gizlənən və foyedən keçən qadına tapançalarla atəş açaraq vurub”, - deyə Tiş əlavə edib.

Komissar vurğulayıb ki, Tamura atışmadan sonra dəhliz boyu gedib və özünü sinəsindən vurub.

Nyu York polisinin Las-Veqas hakimiyyətindən aldığı məlumata görə, Tamurada psixi sağlamlıq problemi olub və bu, sənədlərdə öz əksini tapıb. 

“Onun motivləri araşdırılır və biz onun niyə məhz bu yeri seçdiyini anlamağa çalışırıq”, - deyə Tiş yekunlaşdırıb.

Nyu-York meri Erik Adams videomüraciətində bildirib ki, atışma nəticəsində “çoxlu insan” yaralanıb.

Xatirə SADİQ