Üçtərəfli Ukrayna danışıqları Əbu-Dabidə keçirilə bilər - Kreml
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu Əbu-Dabidə keçirilə bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında danışıqlar keçirilib. Tərəflər arasında görüş təxminən 3 saat davam edib.