Vens və xanımı getdikləri konsertdə fitə basıldılar  - VİDEO

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Vaşinqtonda keçirilən konsertdə uğultu və fitlə qarşılanıb. 

Mar 14, 2025 - 12:56
Mar 14, 2025 - 13:23
Vens və xanımı getdikləri konsertdə fitə basıldılar  - VİDEO

SAVASHMEDİA.az bu barədə “Daily Beast”ə istinadən xəbəbr verir. 

Məlumatına görə, vitse-prezident xanımı Uşa Venslə Kennedi Mərkəzində Milli simfonik orkestrin konsertinə gediblər. Onlar beletajda yerlərini tutanda uğuldamağa başlayan tamaşaçılar üstəlik fit də çalıblar.  

Hadisənin videosunu “The Guardian” qəzetinin müxbiri Endrü Rot sosial şəbəkələrdə paylaşıb. 

Fit 30 saniyəyə yaxın davam edərkən Vens ona zaldan əl yelləyən bir nəfərə əlini yelləyib. 

ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Uşa Vensi Kennedi Mərkəzinin direktorlar şurasının üzvü təyin edib. 

Tramp direktorlar şurasının bir neçə üzvünü işdən çıxardıqdan sonra bir həftə ərzində bilet satışı təxminən yarıya qədər azalıb. Həmin şəxslər keçmiş prezidenti Co Bayden tərəfindən təyin olunmuşdu. 

Xatirə SADİQ