Rusiya sanksiya altında olan malları almağın yolunu tapıb – Andrey Yermak

“Rusiya saxta tranzit sxemi tətbiq edir, bununla da Mərkəzi Asıya və Qafqaz bölgələri üçün nəzərdə tutulmuş və sanksiya altında olan məhsulları Aİ ölkələrindən  almağa imkan tapır”.

Oct 21, 2024 - 13:53
Oct 21, 2024 - 13:54
Rusiya sanksiya altında olan malları almağın yolunu tapıb – Andrey Yermak

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti ofisinin rəhbəri Andrey Yermak bildirib. 

“Qərbin ikili təyinatlı elektron komponentlərini əldə etmək üçün vasitəçi şirkətlərdən istifadə edilir. Həmçinin LNG tankerlərinin “kölgə donanması”nın formalaşdırılması və mayeləşdirilmiş sis qazın nəqli üçün saxta müəssisələr yaradılır”, - deyə Yermak “Telegram”da yazıb.

O qeyd edib ki, Rusiya silahlarında Qərb komponentləri var: “Bu arada, Rusiya – İran – KXDR ittifaqı artıq hərbiləşib və açıq şəkildə demokratiyaları ələ salır. Dünyada demokratiyanın mövqelərini gücləndirmək üçün getdikcə daha az vaxt qalır və indi hərəkətə keçmək lazımdır”, - prezident ofisinin rəhbəri vurğulayıb. 

Xatırladaq ki, Rusiyanın 18 neft tankerinə və dörd mayeləşdirilmiş təbii qaz tankerinə qarşı yeni sanksiyalar tətbiq edilib. 

Xatirə SADİQ